Mingəçevirdə 31 yaşlı kişi intihara cəhd edib.
Bakıvaxtı.az xəbər verir ki, 1994-cü il təvəllüdlü şəhər sakini Sabir Gündüz oğlu Mirzəyev Mingəçevir kənd qəbiristanlığı deyilən ərazidə - atasının məzarı üstündə ağır yaralı halda tapılıb.
Onun boğaz nahiyəsində kəsilmiş xəsarətlərin olduğu müəyyənləşib.
İlkin məlumata görə, S.Mirzəyev intihara cəhd edib.
Faktla bağlı araşdırma başlanılıb.