Bu gün - aprelin 18-də saat 19:00-da Nizami Kino Mərkəzində “Doğma torpaq” tammetrajlı bədii filminin premyerası keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, filmin istehsalı Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və “Narimanfilm” kinostudiyasına aiddir.
“Narimanfilm”də istehsal edilən film 44 günlük Vətən müharibəsindən sonra Qarabağın azad olunan torpaqlarında, xüsusilə, Şuşada çəkilən ilk bədii ekran əsəridir.