• Bakı 24° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ərdoğan Azərbaycanla bağlı mühüm sənəd İMZALADI

DÜNYA

18 Aprel 2025 | 09:24

Ərdoğan Azərbaycanla bağlı mühüm sənəd İMZALADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Təbii Qaz Sahəsi üzrə Əməkdaşlıq Sazişini təsdiq edib.

Bakıvaxtı.az məlumatına görə, sazişin təsdiqi barədə məlumat “Resmi Gazete”də dərc olunub.

Xatırladaq ki, saziş 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il iyulun 8-də Sazişi təsdiqləyib.

Sazişə əsasən tərəflər Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında enerji sahəsində uğurlu əməkdaşlığı təsdiq edirlər və bu əməkdaşlığı genişləndirmək istəyirlər; enerji təhlükəsizliyinin təmin edilməsində bir-birinin və Avropa ölkələrinə eneıji təchizatı mənbələrinin şaxələndirilməsində Azərbaycan Respublikasının və Türkiyə Respublikasının mühüm rolunu təsdiq edirlər; Trans-Anadolu Təbii Qaz Boru Kəməri Sistemi (“TANAP”), Bakı-Tbilisi- Ceyhan Əsas İxrac Xam Neft Boru Kəməri, Bakı-Tbilisi-Ərzurum Qaz Boru Kəməri və “Şahdəniz” yatağının 1-ci və 2-ci mərhələsindən təbii qazın alqı-satqısı üzrə uğurlu əməkdaşlığı vurğulayıblar. Sazişdə əməkdaşlıqla bağlı digər razılaşmalar da əksini tapıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026