• Bakı 20° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Putin Əraqçi ilə görüşdü

DÜNYA

17 Aprel 2025 | 19:57 | Müəllif: Subhan Mahmudov

Putin Əraqçi ilə görüşdü

Rusiya prezidenti Vladimir Putin Kremldə İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. 

Qeyd edilib ki, məsləhətləşmələrin gündəliyinə ikitərəfli münasibətlərin, regional əməkdaşlığın və beynəlxalq arenada qarşılıqlı fəaliyyətin təşviqi daxildir.

Əvvəllər bildirilmişdi ki, Əraqçi İranın nüvə proqramı ilə bağlı Tehran və Vaşinqton arasında aparılan danışıqların gedişatını da müzakirə etmək niyyətindədir. İran Xarici İşlər Nazirliyinin rəhbərinin özü də bu yaxınlarda bildirib ki, o, İranın ali dini lideri Əli Xamneyidən Putinə mesaj çatdırmağı planlaşdırır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aprelin 18-nə planlaşdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026