• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Polşa bu ölkənin nümayəndələrinin ölkəyə girişinə qadağa qoydu

DÜNYA

17 Aprel 2025 | 20:39

Polşa bu ölkənin nümayəndələrinin ölkəyə girişinə qadağa qoydu

Polşa hakimiyyəti etirazçılara qarşı güc tətbiq etməkdə şübhəli bilinən Gürcüstan təhlükəsizlik orqanlarının 8 nümayəndəsinin ölkəyə girişini məhdudlaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.

“Gürcüstanda müxalifətə qarşı repressiyaların artmasına cavab olaraq, Polşa etirazçılara qarşı güc tətbiq etməkdə məsul olan səkkiz təhlükəsizlik qüvvələri üzvünə ölkəyə giriş qadağası qoyub”, - bəyanatda deyilir.

Lakin Xarici İşlər Nazirliyi həmin təhlükəsizlik işçilərinin adını açıqlamayıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025