• Bakı 14° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Tramp Meloninin dəvətini qəbul edib

DÜNYA

18 Aprel 2025 | 09:10

Tramp Meloninin dəvətini qəbul edib

İtaliyanın Baş naziri Corcia Meloni ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra Ağ Ev rəhbərinin Romaya gəlmək dəvətini qəbul etdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, danışıqlar zamanı qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyini açıqlayıb.

"Biz yaxın gələcəkdə gəlmək üçün dəvətimizi qəbul etdiyi üçün Prezident Trampa təşəkkür edirik. İtaliya enerji idxalını artırmalıdır, İtaliya şirkətləri ABŞ-yə 10 milyard avro sərmayə qoyur", - Baş nazir deyib.

Meloni qeyd edib ki, hərbi xərclər üçün yeni tavan məsələsi gündəmə gətirilməyib, lakin İtaliya əvvəllər qəbul edilmiş öhdəliklərə uyğun olaraq ÜDM-in 2 %-ni xərcləməyə sadiqdir.

Onun sözlərinə görə, İtaliya və ABŞ Ukrayna- Rusiya müharibəsində ədalətli sülhə nail olmaq üçün çalışır və Roma Tramp administrasiyasının bu istiqamətdə səylərini dəstəkləyir.

Qeyd edək ki, aprelin 18-də Meloni Romada ABŞ-nin vitse-prezidenti Cey Di Vensı qəbul edəcək.


SON XƏBƏRLƏR

18 Aprel 2025