Ötən gecə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Bakıvaxtı.az xəbər verir ki, Parisdə olan dövlət katibi ABŞ prezidentinin xüsusi elçisi Vitkoffla Ukrayna, Fransa və bir sıra digər Avropa ölkələrinin nümayəndələri ilə əlaqələri barədə məlumat verib.
Qeyd olunan təmasların Vaşinqton və Moskva arasında aparılmış məsləhətləşmələrin mövzuları, o cümlədən Rusiya prezidenti Putinlə Vitkoff arasında Sankt-Peterburqda bu yaxınlarda baş tutan söhbət çərçivəsində baş tutduğu vurğulanıb.
Lavrov Moskvanın Ukrayna böhranının əsas səbəblərini etibarlı şəkildə aradan qaldırmaq üçün amerikalı həmkarları ilə birgə işləməyə davam etməyə hazır olduğunu təsdiqləyib.
Nazir və dövlət katibi amerikalıların və avropalıların gələn həftə Ukrayna tərəfi ilə planlaşdırdıqları görüşlər də daxil olmaqla operativ əlaqə saxlamaq barədə razılığa gəliblər.