• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Qrizmann gələcəyi ilə bağlı qərar verdi

İDMAN

17 Aprel 2025 | 23:00

Qrizmann gələcəyi ilə bağlı qərar verdi

Antuan Qrizmann "Atletiko Madrid" komandası ilə yeni müqavilə bağlamağa hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı yazıb.

34 yaşlı fransız hücumçu Madrid təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqaviləni uzatmaq barədə razılığa gəlib. Mövcud müqavilə bir il müddətinə artırılacaq. MLS klublarından təkliflər almasına baxmayaraq, Qrizmann "Atletiko"da qalmağa üstünlük verib.

Qeyd edək ki, təcrübəli futbolçu cari mövsümdə 46 oyuna çıxaraq 16 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025