• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycan 4 ölkəyə xəbərdarlıq etdi

CƏMİYYƏT

17 Aprel 2025 | 19:02

Azərbaycan 4 ölkəyə xəbərdarlıq etdi

Nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb. Müəyyən olunan konkret faktlar üzrə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunamüvafiq tədbirlər görülür.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Yeni Zelandiya, Çin, Özbəkistan, Rusiyadan idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına xəbərdarlıq məktubları ünvanlanıb və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Uyğunsuzluq aşkarlanan məhsul partiyaları ilə https://afsa.gov.az/az/xeberler linkinə daxil olmaqla tanış olmaq olar.


SON XƏBƏRLƏR

18 Aprel 2025