• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Heydər Əliyev prospektindəki qəza ilə bağlı polis araşdırma aparır - YENİLƏNİB

HADİSƏ

10 Aprel 2025 | 17:17

Heydər Əliyev prospektindəki qəza ilə bağlı polis araşdırma aparır - YENİLƏNİB

Heydər Əliyev prospektində baş verən qəza ilə bağlı araşdırma aparılır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Nəcəfov Anar Şahmar oğlu idarə etdiyi "BYD" markalı 77-UY-524 dövlət qeydiyyat nişanlı avtomobillə Ələsgər Qayıbov küçəsi ilə hərəkətdə olan zaman idarəetməni itirərək körpüdən aşıb və hərəkətdə olan 99-JN-288 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində iki avtomobilə maddi ziyan dəyib və "BYD" markalı avtomobilin sürücüsü Anar Nəcəfov xəsarət alıb.

Faktla bağlı Nizami rayon Polis Şöbəsində araşdırma aparılır.

***

16:26

Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Sabunçu Tibb Mərkəzinə 10.04.2025-ci il tarixində saat 15:10 radələrində 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü (qadın cinsli) şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

1974-cü il təvəllüdlü (kişi cinsli) şəxsə sol dizin kəsilmiş yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.


SON XƏBƏRLƏR

17 Aprel 2025