Netanyahunun dəftərxanası Azərbaycanda aprelin 9-da İsrail və Türkiyə rəsmiləri arasında görüşün keçirilməsi faktını təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İsrail görüşün təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib.
"Baş nazir Benyamin Netanyahunun göstərişi ilə ötən gün İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Xaneqbinin rəhbərlik etdiyi hərbi-siyasi nümayəndə heyəti, həmçinin müdafiə nazirliyi və güc strukturlarının nümayəndələri ilə türkiyəli həmkarları arasında görüş keçirilib", - bəyanatda bildirilib.
***
13:13
Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirilib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr bildirib.
Məlumata görə, Türkiyə və İsrail rəsmiləri Azərbaycanda gərginliyin azaldılması mexanizmi ilə bağlı görüş keçirib.