• Bakı C

    15.15 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Dodik: Avropanın indiki formada gələcəyi yoxdur

SİYASƏT

10 Aprel 2025 | 16:23

Dodik: Avropanın indiki formada gələcəyi yoxdur

"Avropanın indiki formasında dəyərlərini itirib". 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Serb Respublikasının prezidenti Milorad Dodik deyib.

O, Avropanın tənəzzüllə üz-üzə qalıb-qalmaması və avropalıların özlərini bundan necə xilas edə biləcəkləri sualına cavab olaraq, "Bu Avropa elitası ilə özünü xilas etmək ümumiyyətlə çətindir. Avropanın demək olar ki, heç nəyə malik olmadığı göz qabağındadır" fikrini söyləyib. 

Prezident onu da qeyd edib ki, Avropada lider yoxdur və ayrı-ayrı dövlətlərin başçıları öz ölkələrindəki vəziyyəti idarə etməkdə çox çətin anlar yaşayırlar:

"Bu vəziyyətdə heç kim ali lider kimi önə çıxmır. Gözlənilir ki, Almaniyanın yeni kansleri yeni lider ola bilər. Lakin Almaniyanın özünün də çoxlu problemləri var və onun yalnız Avropa məsələləri ilə məşğul olması çətin olacaq".

Gülşən Şərif


SON XƏBƏRLƏR

15 Aprel 2025