Azərbaycan-Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu yaradılır.
Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə qərar layihəsində əksini tapıb.
Layihəyə əsasən, deputat Salmanova Səbinə Azərbaycan-Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna rəhbər təklif edilib.
Qərar layihəsi qəbul edilib.
Mina Mikayılova