• Bakı 10° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İlham Əliyev sabah Türkiyəyə gedəcək

SİYASƏT

04 Mart 2025 | 19:03 | Müəllif: Subhan Mahmudov

İlham Əliyev sabah Türkiyəyə gedəcək

Azərbaycan Prezidenti İlham Əliyev sabah Ankaraya səfər edəcək.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkədə bildirib. Onun sözlərinə görə, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

“Prezident Kompleksində keçiriləcək danışıqlarda cari regional və qlobal hadisələr, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.

Səfər münasibətilə 25 sentyabr 2023-cü il tarixində təməli möhtərəm Prezidentimiz və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulan İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimi canlı yayımla keçiriləcək", - deyə Altun qeyd edib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026