Atıcılıq üzrə Azərbaycan millisinin 10 m məsafədən atəş açmaq üzrə gənclərin Avropa çempionatı üçün heyəti bəlli olub.
Bakıvaxtı.az idman.biz-ə istinadla xəbər verir ki, yığmamızın 6 snayperi Xorvatiyanın Osiyek şəhərindəki yarış üçün sifariş edilib.
İdmançılarımız tapança ilə atəş açmaqda mübarizə aparacaqlar. Xalidə Əliyeva, Leyli Əliyeva, Sofya Barkalova, Əminə Ömərov, Vladislav Kaımıkov, İmran Qarayev və Hacı Musayev Osiyekdə hədəf önünə keçəcək.
Qeyd edək ki, qitə çempionatı martın 1-7-də keçiriləcək.