Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlıq çərçivəsində Müdafiə Nazirliyinin Hərbi Tibbi Təminat İdarəsinin səhra mobil hospitalı ABŞ ordusunun Almaniyanın Hohenfels şəhərindəki bazasında keçirilən “Birgə Həll 2025” çoxmillətli hərbi təlimlərdə iştirak edir.
Bakıvaxtı.az azpolitika-ya istinadla xəbər verir ki, təlimlərdə erməni hərbi tibbi heyəti və onların ABŞ Milli Qvardiyasından olan həmkarları yaralıları təsnif etmək, təcili tibbi yardım göstərmək, cərrahi müdaxilələr etmək və evakuasiyanı təşkil etmək üçün çətin şəraitdə komandalar şəklində işləyirlər.
Təlimlərin məqsədi xəstəxana personalının hazırlıq səviyyəsinin yüksəldilməsi, real şəraitə yaxın çətin şəraitdə işin təşkili üzrə peşəkar bacarıqların təkmilləşdirilməsi, həmçinin çoxmillətli mühitdə tibbi yardımın əlaqələndirilmiş təşkili səviyyəsinin maksimuma çatdırılmasıdır.