• Bakı 10° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

Çin: ABŞ müharibə istəyirsə, döyüşməyə hazırıq

DÜNYA

05 Mart 2025 | 10:22

Çin: ABŞ müharibə istəyirsə, döyüşməyə hazırıq

“ABŞ tarif, ticarət və ya digər xarakterli müharibə istəyirsə, biz son ana qədər döyüşməyə hazırıq”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çinin Vaşinqtondakı səfirliyinin “X” hesabında paylaşım edilib.

“Rəsmi Vaşinqton fentanil ətrafında yaranmış problemi həll etmək niyyətindədirsə, Çinlə bərabərhüquqlu əsaslarla məsləhətləşmələr aparmalıdır”, - paylaşımda vurğulanıb.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ tərəfi güclü ağrıkəsici təsirə malik olan fentanil preparatı da daxil olmaqla, Çindən idxal olunan bir sıra məhsullara 10-20 faiz intervalında rüsum tətbiq edəcəyini açıqlayıb.


SON XƏBƏRLƏR

15 Aprel 2026