• Bakı 13° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Ukraynaya məxsus 107 PUA məhv edilib

DÜNYA

04 Aprel 2025 | 10:00

Ukraynaya məxsus 107 PUA məhv edilib

Ötən gecə Rusiya regionları üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 107 ədəd pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.

    Qeyd edilib ki, ötən gecə Rusiya MN-in hava hücumundan müdafiə sistemləri Ukraynanın 107 stasionar qanadlı pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib.

    Onlardan 34-ü Kursk, 30-u Orlov, 18-i Lipetsk, 7-i Kaluqa, 4-ü Rostov vilayəti, 4-ü Azov dənizinin suları üzərində aşkarlanıb. Tambov və Moskva vilayətlərinin hər birinin üzərində də 3 PUA, Bryansk vilayəti üzərində 2, Voronej və Tula vilayətlərinin əraziləri üzərində də 1 PUA zərərsizləşdirilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Oktyabr 2026