• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Çində helikopter qəzaya uğrayıb: ölən və yaralananlar var

DÜNYA

04 May 2025 | 09:00

Çində helikopter qəzaya uğrayıb: ölən və yaralananlar var

Çinin şərqində yerləşən Suçjou şəhərində helikopter qəzası nəticəsində bir nəfər ölüb, dörd nəfər isə yaralanıb.

Bakıvaxtı.az
xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Agentliyin yazdığına görə, qəza "Robinson R44 II" markalı helikopterin təxminən 10 metr yüksəklikdən yerə çırpılması nəticəsində baş verib.

    Həlak olan şəxs yerdə olub. Helikopterdə olan dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

    Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır./apa


    SON XƏBƏRLƏR

    03 May 2025