• Bakı 21° C

    3.72 m/s

Duma təcili toplanır: Rusiya iqtisadi böhran astanasında...

DÜNYA

04 May 2025 | 09:33 | Müəllif: Subhan Mahmudov

Duma təcili toplanır: Rusiya iqtisadi böhran astanasında...

Ukrayna Xarici Kəşfiyyat Xidməti Rusiyanın iqtisadi böhran astanasında olduğunu proqnozlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə SVRU Teleqram kanalı məlumat yayıb.

Kəşfiyyatdan bildirilib ki, gələn həftə Rusiya Dövlət Duması federal büdcənin göstəricilərinə yenidən baxılması üçün qanun layihəsini nəzərdən keçirəcək. Bu cür təcili hərəkətlərin əsas səbəbi büdcənin gəlir və xərclərinin balanssız olmasıdır.

Qeyd olunub ki, xüsusilə Rusiya iqtisadiyyatındakı mənfi tendensiyaların güclənməsi xərclərin gəlir səviyyəsindən əhəmiyyətli dərəcədə artmasının nəticəsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026