• Bakı C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.7385

    RUB - 1.7226

Ziya Ağa yenidən böyük səhnədə

MƏDƏNİYYƏT

03 Fevral 2025 | 12:45

Ziya Ağa yenidən böyük səhnədə

İstedadlı teatr və kino aktyoru, prezident mükafatçısı Ziya Ağa yeni böyük layihəsini teatrsevənlərə təqdim edəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, aprelin 20-də Heydər Əliyev Sarayında İrland yazıçısı Etel Lilian Voyniçin geniş oxucu kütləsi tərəfindən sevilən “Ovod” əsəri əsasında M.Teatrda səhnələşdirilən eyni adlı tamaşanın premyerası olacaq.

Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, bəstəkarı Əli Cəfərzadə, ikinci rejissor Oksana Rəsulovadır.

Səhnə əsərində obrazları Ziya Ağa ilə yanaşı, Xalq artisti Vidadi Həsənov, Əməkdar artist İlqar Cahangir, tanınmış aktyorlar Oksana Rəsulova, Tural Rzayev, Şamil İbrahimov, Cavid Baba və M.Teatrın aktyorları ifa edirlər.


SON XƏBƏRLƏR