• Bakı C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.7385

    RUB - 1.7226

Əlilliyi olan şəxslərin əl işlərinin satışı üçün elektron portal yaradılacaq

SİYASƏT

03 Fevral 2025 | 15:57

Əlilliyi olan şəxslərin əl işlərinin satışı üçün elektron portal yaradılacaq

Əlilliyi olan şəxslərin əl işlərinin satışı üçün xüsusi elektron portal yaradılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Sosial sığorta haqqında" qanuna və Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək. Əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək. 

Portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək.

Qanun layihəsi müzakirəyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR