• Bakı 24° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Putinin HƏMAS nümayəndə heyəti ilə görüşü planlaşdırılmır

DÜNYA

03 Fevral 2025 | 14:44 | Müəllif: Əli Hüseynov

Putinin HƏMAS nümayəndə heyəti ilə görüşü planlaşdırılmır

Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan HƏMAS nümayəndə heyəti ilə görüşməyi planlaşdırmır.

Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

"Xeyr, görüş planlaşdırılmır", - o qeyd edib.

KİV-in məlumatına görə, HƏMAS-ın Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzukun rəhbərlik etdiyi nümayəndə heyəti səfər zamanı Qəzza zolağında humanitar böhranın nəticələrinin azaldılmasına kömək göstərilməsi xahişi ilə Rusiya tərəfinə müraciət etmək niyyətindədir.

Bundan əlavə, nümayəndə heyəti Rusiya tərəfini Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsinin gedişi barədə məlumatlandıracaq.

Qeyd edək ki, HƏMAS nümayəndə heyətinin Moskvaya əvvəlki səfəri 2024-cü ilin oktyabrında baş tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026