• Bakı C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.7385

    RUB - 1.7226

Təranə illərdir Könüllə danışmamasının səbəbini açıqladı

ŞOU

03 Fevral 2025 | 14:48

Təranə illərdir Könüllə danışmamasının səbəbini açıqladı

Müğənni Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə aralarındakı incikliyin səbəbini açıqlayıb.

Bakıvaxtı.az axşam.az-a istinadla xəbər verir ki, "Tarixin bir günü" verilişinə gələn T.Qumral onun mahnılarına belə qulaq asdığını deyib:

"Hər zaman Könül Kərimovanı çox istəmişəm. Hərdən ona qulaq asıram, kənardan mənə deyirlər ki, Könül səni istəmir, amma oturub onun mahnılarını dinləyirsən. Cavab verirəm ki, bu mahnıdır, ürəyim istəyir və səsi mənim kölnümə, ürəyimə yatır, qulaq asıram.

İndiyə qədər bir-birimizlə heç bir problem olmayıb. Bizim aramızda yalnız bir problem var – Cabbar Musayev. Cabbarla Musa (müğənni, həyat yoldaşı Musa Musayev - red.) danışmır. O da Cabbarın yanındadır. Ona görə də ondan qorxur".

T.Qumral aparıcı Tarix Əliyevin (Tolik) K.Kərimova ilə Şəmkirdə eyni məclisdə olmaları haqda sualına belə reaksiya verib:

"Orada maddiyyat və pul məsələsi var idi. Efirdə pul yoxdur. Ona görə də heç nə deyə bilmədilər. Əslində orada da əvvəl ev sahibinə şikayət edib, bizi istəmədiklərini deyiblər. Ev sahibi də deyib, sən kimsən ki, məclisimə müdaxilə edirsən? Sən yox, mən qərar verirəm".

Qeyd edək ki, Cabbar və Musa Musayev qardaşdır. Onlar uzun illərdir danışmırlar. Buna səbəb isə Musanın Təranə Qumralla ailə qurması olub. 


SON XƏBƏRLƏR