• Bakı 7° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Martınov dünyasını dəyişdi

ŞOU

02 Mart 2025 | 23:35 | Müəllif: Subhan Mahmudov

Martınov dünyasını dəyişdi

Bəstəkar Yuri Martınov 67 yaşında vəfat edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə şair və bəstəkar Andrey Dementyevin həyat yoldaşı Anna Puqaç məlumat verib.

O, bəstəkarın ölüm səbəbini açıqlamayıb.

Martınov 1957-ci il aprelin 17-də Donetsk vilayətinin Artemovsk şəhərində anadan olub. 1987-ci ildə Rusiya Bəstəkarlar İttifaqının üzvü olub. 2003-cü ildə Martınov Rusiyanın Əməkdar artisti adına layiq görülüb. O, Lyudmila Zıkina, Aleksandr Serov, Nikolay Karaçentsov, Əzizə, Filipp Kirkorov və başqalarının mahnılarının müəllifi olub. Martınov 1990-cı ildə vəfat edən sovet müğənnisi Yevgeni Martınovun kiçik qardaşıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026