• Bakı 13° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

Özünü erməni sayan müğənni Bakıda konsert verəcək - VİDEO

ŞOU

30 Mart 2025 | 21:33

Özünü erməni sayan müğənni Bakıda konsert verəcək - VİDEO

Rusiyalı pop müğənnisi, teleaparıcı və aktyor Aleksey Çumakovun Bakıda konserti keçiriləcək.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, ifaçı müsahibələrinin birində özünü daha çox erməni saydığını etiraf edib. Belə ki, onun atası bolqar olsa da, anası ermənidir.

Müğənni ana tərəfdən nənə və babasının Qarabağ ermənisi olduğunu xatırladıb, Səmərqənddə doğulmasına baxmayaraq öz tarixi köklərinə bağlı olduğunu qeyd edib.

Aleksey Çumakovun Bakı konserti aprelin 20-nə planlaşdırılıb.

Qeyd edək ki, Çumakovun 2020-ci ildə də Bakıda konserti keçirilmişdi.


SON XƏBƏRLƏR