"Televiziyada bir arvadların boğuşmasıdır, bir də həkimlərin və dərmanların reklamı".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib.
Onun sözlərinə görə, yaxşı həkimlər olsa da, bu həddə reklamlarının getməsi doğru deyil və "Reklam haqqında" qanunda bununla bağlı düzəlişlər edilməlidir.
"Düzdür, bu, özəl televiziyalara ciddi ziyan vuracaq. Çünki onlar arvad davaları və həkim reklamları ilə dolanırlar".
Sədr Sahibə Qafarova Aqil Abbasa iradını bildirərək, arvad boğuşması ifadəsinin parlament ifadəsi olmadığını bildirib.
Mina Mikayılova