Egey dənizində Türkiyə vaxtı ilə saat 11:13-də 4,7 bal gücündə zəlzələ olub.
Bakıvaxtı.az xəbər verir ki, yeraltı təkanlarla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, Türkiyə saatı ilə bu gün saat 10:58-də 4,4, saat 10:09-da isə 4,2 bal gücündə zəlzələlər də qeydə alınıb.
AFAD son iki gündə bölgədə baş verən zəlzələlərin sayının 400-ü keçdiyini bildirib.
Nuriyyə Musayeva