Musiqi dünyasının ən nüfuzlu mükafatlarından biri olan "Qremmi"nin sahibləri bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, mərasimin aparıcısı dünya şöhrətli komediya ustası Trevor Noah olub. O cümlədən, Beyonse, Kendrik Lamar və Çappell Roan çıxış edib.
Belə ki, "İlin yaxşı ən səsyazması" nominasiyasında Kendrik Lamarın "Not Like Us" ifası qalib gəlib. "Ən yaxşı albom" mükafatına isə Beyonsenin "Cowboy Carter" albomu layiq görülüb.
“Ən yaxşı yeni sənətçi” mükafatı isə 2024-cü ilin ən çox danışılan musiqiçilərdən biri olan Çappell Roana verilib.
Əli Hüseynov