• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Aerodrom istismarçılarının əhatə dairəsi genişləndirilir

SİYASƏT

03 Fevral 2025 | 15:42

Aerodrom istismarçılarının əhatə dairəsi genişləndirilir

Azərbaycanda aerodrom istismarı ilə bağlı dövlət orqanlarının fəaliyyətinin hüquqi əsası təmin olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Aviasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda aerodrom istismarçısı anlayışı aerodromu istismar edən fiziki və ya hüquqi şəxslə məhdudlaşır. 

Layihə ilə təklif olunan dəyişikliyə əsasən buraya dövlət orqanı da əlavə edilir. 

Bununla da aerodromu istismar edən dövlət orqanlarının fəaliyyətinin hüquqi əsasının yaradılması təmin olunur.

Qanun layihəsi müzakirəyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 Aprel 2025