"Nəsiminin məzarının Hələbdə olması o deməkdir ki, həmin yer hələ də bizim üçün mənəvi vətəndir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycanın prioritetlərindən biri Şərqdə xarici siyasəti ilə bağlı yeni ideyaların müəyyənləşməsi idi.
"Azərbaycan Prezidenti qeyd edib ki, qardaş Türkiyə ilə birlikdə Suriyanın bərpası məsələsində yaxından iştirak etməliyik. Azərbaycanın maarif və ictimai institutları bu məsələyə xüsusi fokuslanmalıdırlar"
Qeyd edib ki, Suriya bizim üçün uzaq coğrafiya deyil və əgər 14-cü əsrdə Nəsimi Hələbə gedirdisə, deməli Nəsimini Hələbə aparan səbəb Hələbin Azərbaycanın etno-mədəni, din coğrafiyasının davamı olması idi:
"Ona görə də düşünrəm ki, Suriya və Yaxın Şərqlə Azərbaycan münasibətlərinin yeni perspektivləri yaranıb”.
Mina Mikayılova