"Aİ ölkələri Ukrayna münaqişəsinin həlli üçün danışıqlara başlamalıdır, əks halda Ukrayna ictimaiyyət üçün bir növ Əfqanıstana çevriləcək".
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
Onun sözlərinə görə, Qərb ölkələrinin Kiyevə qələbəyə qədər onun yanında olacaqlarına inanmağa imkan verməsi səhv idi:
"Bizə indi diplomatiya lazımdır. Avropalılar hesab edirlər ki, danışıqların aparılmaması mənəviyyat məsələsidir. Bu, absurddur. Danışıqları elə müharibə zamanı etmək lazımdır. Bu gün biz Ukraynaya yalnız atəşkəs və sülhlə kömək edə bilərik".
Gülşən Şərif