• Bakı C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.7385

    RUB - 1.7226

Moskvada yaşayış kompleksində partlayış - 1 ölü - YENİLƏNİB

DÜNYA

03 Fevral 2025 | 12:27

Moskvada yaşayış kompleksində partlayış - 1 ölü - YENİLƏNİB

Moskvanın şimal-qərbində yerləşən "Alıye Parusa" yaşayış kompleksində baş verən hadisəyə səbəb naməlum qurğunun partlaması olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.

"Lift otağında naməlum qurğu partlayıb. Hazırda hadisə yerində partlayış işləri üzrə mütəxəssislər işləyirlər", - agentliyin müsahibi bildirib.

***

11:41

Moskvanın şimal-qərbində yerləşən "Alıye Parusa" yaşayış kompleksində partlayış baş verib.

Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisənin qumbara və ya əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində baş verdiyi ehtimal edilir.

Partlayış nəticəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb.

“Shot” “Telegram” kanalının məlumatına görə, hüquq-mühafizə orqanları sui-qəsd versiyasını araşdırır.


SON XƏBƏRLƏR