İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe sabiq komanda yoldaşı Nunu Mendeşin transfer olunmasını istəyir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “El Gol Digital” nəşri məlumat yayıb.
Hücumçu Fransa təmsilçisi PSJ-də çıxış edən portuqaliyalı cinah müdafiəçisini "Kral klubu"na məsləhət görüb.
Qeyd edək ki, Nunu Mendeş cari mövsüm Paris komandasının heyətində 23 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.