Türkiyə Superliqasının 18-ci turunda “Konyaspor” səfərdə “Alanyaspor”la qarşılaşıb.
Bakıvaxtı.az xəbər verir ki, konyalılar bu matçda 1:2 hesabı ilə məğlub olub.
Matçdan sonra komandanın azarkeşləri uğursuz nəticə göstərən klubun futbolçularına etiraz ediblər.
Futbolçular da onların etirazlarını qarşılıqsız qoymayıb. Onlar tribunaya yaxınlaşaraq üzr istəyiblər və komandanın kapitanı Yusuf Erdoğan azarkeşlərə növbəti matçda qələbə qazanacaqlarına dair söz verib.
O, tərəfdarlara üz tutaraq and içib: “Vallah qalib gələcəyik. “Fənərbaxça”nı udacağıq”.