Bu il yanvarın 1-dən etibarən Serbiyanın paytaxtı Belqradda ictimai nəqliyyat bütün vətəndaşlar üçün ödənişsiz olub.
Bakıvaxtı.az xəbər verir ki, təxminən 1,7 milyon nəfər əhalisi ilə Belqrad Avropada 500 mindən çox əhalisi olan və müntəzəm sərnişindaşımalardan istifadə edən bütün şəxslər üçün nəqliyyat xidmətinin ödənişsiz olduğu yeganə şəhərdir.
Belqrad meri Aleksandar Şapiç paytaxtın ictimai nəqliyyat sistemində davamlı islahatların aparıldığını və qarşıdakı üç il ərzində avtobus parkının tamamilə yenilənəcəyini bildirib.
Şəhər Administrasiyası ictimai nəqliyyata subsidiya vermək üçün hər il 250 milyon avro ayırır.