• Bakı 23° C

    6.48 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Zoomağazada yanğın - 600-ə yaxın heyvan tələf oldu

DÜNYA

04 Yanvar 2025 | 22:31 | Müəllif: Subhan Mahmudov

Zoomağazada yanğın - 600-ə yaxın heyvan tələf oldu

ABŞ-nin şimal-qərbində Dallasda ticarət mərkəzindəki yanğında zoomağazada yüzlərlə heyvan tələf olub.

Bakıvaxtı.az Amerika nəşrlərinə istinadən xəbər verir ki, Dallas Yanğın Xilasetmə İdarəsi baş verən yanğın nəticəsində 579 heyvanın öldüyünü açıqlayıb. 

"Əksəriyyət kiçik quşlar idi, lakin toyuqlar, hamsterlər, iki it və iki pişik də var idi", - Dallas Yanğın Xilasetmə təşkilatının sözçüsü Robert Borse bildirib.

Dallas Yanğın-Xilasetmə qruplarının səyləri sayəsində bir neçə heyvan yanğından xilas olunub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026