Ötən il Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi (MTK) polislə birlikdə 19 xüsusi təhlükəli mütəşəkkil cinayətkar qrupun fəaliyyətinin qarşısını alıb.
Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsinin Mətbuat xidməti xəbər yayıb.
Qeyd edilir ki, ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə mütəşəkkil cinayətkar dəstənin 72 rəhbəri və fəal iştirakçısı cinayət məsuliyyətinə cəlb edilib. Adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, soyğunçuluq və digər ağır cinayətləri törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb. Onlardan 40-ı mühakimə olunub, qalanları üzrə ibtidai araşdırmalar davam etdirilir”, - Komitədən bildirilib.
MTK transmilli və regional cinayətkar qrupların ictimai təhlükəsizliyə qarşı təhdidlərinə qarşı kompleks tədbirləri davam etdirir.