Rusiya yanvarın 5-də Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına hücumuna MAQATE rəhbərliyindən obyektiv qiymətləndirmələr və aydın cavab gözləyir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Aydındır ki, nə 2024-cü ilin dekabrında AES-ə gedən MAQATE mütəxəssislərinin olduğu avtomobil karvanı Ukrayna atəşinə məruz qalanda, nə də stansiyaya son hücumlar zamanı Kiyev rejimi bir dəqiqə belə düşünmədi ki, bu, AES-ə təhlükə yaradır”, - Zaxarova vurğulayıb.
O, beynəlxalq ictimaiyyəti Kiyevin nüvə enerjisi infrastruktur obyektlərinə davam edən hücumlarına dərhal və ən ciddi cavab verməyə çağırıb.