• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda 10 yeni metro stansiyası inşa ediləcək

İQTİSADİYYAT

07 Yanvar 2025 | 23:08 | Müəllif: Subhan Mahmudov

Bakıda 10 yeni metro stansiyası inşa ediləcək

Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə 10 yeni metro stansiyası inşa ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunları Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı, eyni zamanda, qeyd edib ki, bununla bərabər, Bakı şəhərində yeni yol infrastruktur layihələrini icra etmək üçün artıq ilk 7-8 layihə seçilib, beynəlxalq mütəxəssislər cəlb edilib.

Bakı şəhərinin avtobus parkının elektrobuslarla əvəzlənməsi prosesinin də başladığını vurğulayan Prezident bildirib: “Biz artıq 150-dən çox yeni elektrobus gətirmişik və eyni zamanda, bu il Azərbaycanda yerli elektrobus istehsalı da başlanacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026