• Bakı C

    14.83 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.7347

Qazaxıstanda nağd pul çıxarılması artıb

İQTİSADİYYAT

06 Fevral 2025 | 16:54

Qazaxıstanda nağd pul çıxarılması artıb

2024-cü ilin yanvar-dekabr aylarında Qazaxıstanda nağd pul vəsaitlərinin çıxarılmasının həcmi 10,9 faiz artaraq 49,1 milyard ABŞ dolları təşkil edib. 

Bakıvaxtı.az "Ranking.kz" saytına istinadən xəbər verir ki, 5 il ərzində nağd pul vəsaitlərinin çıxarılmasının həcmi orta illik artımla 59,4 faiz artıb.

Ümumi nağd puldan uzaqlaşma meylinə baxmayaraq, 2024-cü ildə nağd pul çıxarılmasının ümumi kart dövriyyəsindəki payı ilk dəfə olaraq dəyişməz qalıb.

2024-cü ilin yanvar-dekabr ayları ərzində Qazaxıstanda ödəniş kartlarının ümumi dövriyyəsində nağd pul çıxarılmasının payı regional ifadədə 8,8 faizdən 29 faizə yüksəlib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

06 Fevral 2025