• Bakı 15° C

    12.28 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

ABŞ Üsamə bin Ladenin silahdaşını Əfqanıstana təhvil verə bilər

DÜNYA

07 Yanvar 2025 | 17:18

ABŞ Üsamə bin Ladenin silahdaşını Əfqanıstana təhvil verə bilər

ABŞ Taliban ilə Əfqanıstanda saxlanılan amerikalıların ən azı bir məhbusla dəyişdirilməsini müzakirə edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti məlumat yayıb.

"ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Taliban ilə Əfqanıstanda saxlanılan amerikalıların ən azı bir yüksək rütbəli məhbusla mübadiləsi barədə danışıqlar aparır. Ehtimala görə, o, Üsamə bin Ladenin silahdaşıdır", - məlumatda qeyd olunub.

Nəşrin məlumatına görə, ABŞ bunun əvəzində Corc Qlezmann, Rayan Korbett və Mahmud Həbibinin azad edilməsini tələb edir.


SON XƏBƏRLƏR

26 Oktyabr 2025
25 Oktyabr 2025