İtaliya, Fransa, Almaniya, Böyük Britaniya və ABŞ-nin xarici işlər nazirləri bu həftə Suriyadakı vəziyyətlə bağlı görüşəcəklər.
Bakıvaxtı.az AFP-yə istinadən xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İtaliya xarici işlər naziri Antonio Tacani avropalı və amerikalı həmkarları ilə görüşə rəhbərlik edəcək.
Gündəmdə Suriyanın keçid hökumətinin işi və qarşıdan gələn milli dialoq konfransının qarşıya qoyduğu problemlər var, həmçinin yeni konstitusiya layihəsinin hazırlanması və Suriyanın iqtisadi dirçəlişi də müzakirə olunacaq.