• Bakı C

    14.83 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.7347

Suriya lideri yaxın vaxtlarda hökumətdə

DÜNYA

06 Fevral 2025 | 15:56

Suriya lideri yaxın vaxtlarda hökumətdə

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şəra iki həftə ərzində ölkə hökumətinin tərkibində dəyişiklik etməyi planlaşdırır. Bu da icra orqanının daha legitim olmasına yönəlib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “The National” qəzeti məlumat yayıb.

"Söhbət bir neçə gün ərzində, maksimum bir-iki həftəyə nazirlərin dəyişdirilməsindən gedir", - nəşrin müsahiblərindən biri bildirib və əlavə edib ki, "kölgədə qalan" müvəqqəti baş nazir Məhəmməd əl-Bəşirin öz postunda qalıb-qalmayacağı hələ ki məlum deyil.

Mənbənin sözlərinə görə, dəyişikliklərin miqyasını əş-Şəradan başqa heç kim bilmir. Əsəd əş-Şibaninin xarici işlər naziri vəzifəsində qalacağı məlumdur. Məmur əlavə edib ki, yeni kabinet daha möhkəm hüquqi təməli təmin edəcək, çünki 20 nazirdən ibarət hazırkı tərkib 2024-cü ilin dekabrında Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra yaranan "siyasi vakuum" şəraitində formalaşdırılıb.

Qəzetin yazdığına görə, ABŞ daha əvvəl Suriya ilə münasibətlərin yaxşılaşdırılması üçün hakimiyyətdəki "radikal elementlər"in ölkə idarəçiliyindən kənarlaşdırılmalı olduğunu bildirib.


SON XƏBƏRLƏR

06 Fevral 2025