• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Avstraliyada yol qəzası: Azı 36 hərbçi yaralanıb

DÜNYA

08 Mart 2025 | 15:03 | Müəllif: Gülşən Şərif

Avstraliyada yol qəzası: Azı 36 hərbçi yaralanıb

"Alfred" tropik qasırğasına hazırlıq işlərində yardım üçün göndərilən Avstraliya hərbçiləri Brisben şəhərindən 220 km məsafədə qəzaya düşüb, 36 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının polis idarəsi məlumat yayıb.

"Avstraliya Silahlı Qüvvələrinin hərbçiləri iki hərbi yük maşınının toqquşması nəticəsində xəsarət alıblar. Hadisə yerində təcili tibbi yardım və təcili xidmətlərin əməkdaşları, həmçinin xüsusi xilasetmə bölmələri işləyir", - məlumatda qeyd edilib.

Bildirilib ki, qəza nəticəsində azı 36 hərbçi xəsarət alıb, onlardan 8-i ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026