• Bakı 17° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Türkiyə limon ixracını dayandırır

DÜNYA

07 Aprel 2025 | 12:35

Türkiyə limon ixracını dayandırır

Türkiyədə limon ixracı müvəqqəti olaraq dayandırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Ticarət Nazirliyi yayıb.

Bildirilib ki, bu barədə qərar daxili tələbatın nizamlanmasına yaranan zərurət, eləcə də qiymət dinamikasının dəstəklənməsinə görə verilib. 

Qərar aprelin 8-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Türkiyə dünyada limon ixracına görə altıncı pillədə qərarlaşıb. 2024-cü ilin nəticələrinə əsasən, ölkə xaricə 357 milyon dollar dəyərində limon ixrac edib.


SON XƏBƏRLƏR