Moskvadakı Qırmızı Meydanda Qələbə Paradının baş məşqi başlayıb.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Qırmızı Meydanda və ona bitişik küçələrdə bütün mobil operatorların məlumat ötürülməsi işləmir.
Qeyd edək ki, Ukraynanın Rusiya paytaxtını intensiv şəkildə kütləvi dron hücumuna məruz qoyması səbəbi ilə Moskvada mobil operatorun fəaliyyətinə məhdudiyyətlər qoyulub.
Şəhərin bir çox hissələrində mobil şəbəkə işləmir. Vətəndaşlara “Wi-Fi” şəbəkəsindən istifadə etmək tövsiyə olunur.