• Bakı C

    14.83 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.7347

Ukraynanın Kursk vilayətində əks hücumu dəf edilib

DÜNYA

06 Fevral 2025 | 16:52

Ukraynanın Kursk vilayətində əks hücumu dəf edilib

Kursk vilayətinin Ulanok və Çerkasskaya Konopelka yaşayış məntəqələri Rusiya ordusunun nəzarəti altındadır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində əks-hücum üçün iki mexanikləşdirilmiş briqada yerləşdirib. "Bütün hücumlar dəf edilib. Ukrayna tərəfi 6 tank, 14 zirehli döyüş maşını itirib".

    Qeyd edək ki, Ukrayna ordusu ötən ilin avqustunda Rusiyanın sərhəddə yerləşən Kursk vilayətinə daxil olub. Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinin 1000 kvadrat kilometrdən çox ərazisini ələ keçirdiyi bildirilib.


    SON XƏBƏRLƏR

    06 Fevral 2025