• Bakı C

    14.83 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.7347

Konqo Demokratik Respublikasında toqquşmalar: 3 minə yaxın ölü

DÜNYA

06 Fevral 2025 | 16:45

Konqo Demokratik Respublikasında toqquşmalar: 3 minə yaxın ölü

Konqo Demokratik Respublikasının Qoma şəhərində baş verən qarşıdurmalarda təxminən 3000 nəfər ölüb.

Bakıvaxtı.az
xəbər verir ki, bu barədə xarici Birləşmiş Millətlər Təşkilatı (BMT) açıqlayıb.

Məlumata görə, Ruanda tərəfindən dəstəklənən M23 üsyançı qrupu ilə hökumət qüvvələri arasında şiddətli döyüşlər gedib və üsyançılar Şimali Kivu vilayətinin paytaxtı Gomanı ələ keçirib.

BMT nümayəndəsi Vivian van de Perre şəhərdə 2 min cəsədin toplandığını, 900 cəsədin isə morqda olduğunu bildirib.

M23 üsyançıları fevralın 4-də atəşkəs elan etsə də, hökumət bunu taktiki gediş adlandırıb və ertəsi gün üsyançıların yenidən hücuma keçdiyini açıqlayıb.

BMT vəziyyətin gərgin olduğunu və humanitar böhranın dərinləşdiyini xəbərdar edir.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

06 Fevral 2025