• Bakı 11° C

    2.58 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

ABŞ-də qatarla yük maşını toqquşub, ölənlər var

DÜNYA

28 Mart 2026 | 09:07

ABŞ-də qatarla yük maşını toqquşub, ölənlər var

ABŞ-nin Missisipi ştatında qatarla yük maşınının toqquşması nəticəsində beş nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Associated Press" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, ölənlərin hamısı yük maşınının içində olanlardır. Sağ qalan yeganə sərnişin xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı qatarda olanlar arasında xəsarət alan yoxdur. Qəzanın təfərrüatları açıqlanmır.


SON XƏBƏRLƏR

27 Mart 2026